Mobil versiya
Sabirabad səhiyyəsinin “əziz düşməni” -Yeni
Tarix: 08-07-2015 | Saat: 13:39
Bölmə:Manşet / Karusel | çapa göndər

Sabirabad səhiyyəsinin “əziz düşməni”

Həkimlərdə artıq belə bir stereotip yaranıb ki, yeni baş həkim təyinatı rayon səhiyyəsinin vəziyyətini düzəltməyə deyil, rüşvət tariflərinin qaldırılmasına yönəlik tədbirdir

“Sabirabad səhiyyəsi ağlamalı günlərini yaşayır”;“Sabirabad səhiyyəsi can aldı: Ana və körpəsi niyə ölüb ?”; “Sabirabad səhiyyəsinin acı reallığı“; “Sabirabad səhiyyəsi puç olub”; “Sabirabad səhiyyəsi nədən İrana xəstə ixrac edir?”; “Sabirabadda baş həkim baş kəsir”; “Sabirabad səhiyyəsində gizli satılan dərmanlar üzə çıxdı”; “Sabirabad səhiyyəsindən vətəndaşların narazılığı”; “Sabirabad səhiyyəsinin “Doktor Mikayılov Sindromu” və s. Bütün bunlar Sabirabad rayonunda səhiyyənin aktivinə yazmaq üçün internetdə elan etdiyimiz informasiya axtarışının nəticələri – daha dəqiq desək, yazı başlıqlarıdır. Və təəssüf ki, bu informasiyaları ancaq və ancaq rayon səhiyyəsinin passivinə yazmaq olar. Sabirabad səhiyyəsini bunca yerli - yersiz tənqidə tuş gətirən səbəb, səbəbkar isə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovdur.

Etiraf etmək lazımdır ki, bəzən sadaladığımız sərlövhələr altında gedən yazılarda bəzən təhrif olunmuş məlumatların getməsi istisna deyildir. Ancaq bunlarda həqiqətin payı daha çoxdur. Bizim redaksiyamıza da Sabirabad rayon Mərkəzi Xəstəxanası və kənd xəstəxanaları, tibb məntəqələrində vəziyyətin bərbad olması barədə rayonun tərəqqipərvər vətəndaşlarından şikayətlər daxil olur. Sabirabadlılar gileylənirlər ki, Azərbaycanın öz qüdrətini Avropaya və bütün dünyaya göstərdiyi, müəyyən məsələlərdə hətta standart yaratdığı indiki zamanda Sabirabad səhiyyəsinin bunca acınacaqlı durumu heç nə ilə izah oluna bilməz. Rayon sakinləri haqlıolaraq, ortaya sual qoyurlar: Axı Əziz Mikayılovun hansı xidmətlərinə görə ölkəninsəhiyyə rəhbərliyi yanında xətri əzizdir ki, bunca narazılıqlara baxmayaraq, onu baş həkim vəzifəsində saxlayırlar? Axı onun vəzifədə qaldığı hər gün, hər saat rayon səhiyyəsini uçuruma aparır, Sabirabadda tibbi xidmətin keyfiyyətini sıfra yaxınlaşdırır.

Əziz Mikayılovun öz vəzifəsinin öhdəsindən gələ bilməməsi, daha doğrusu, vəzifədən sui - istifadə etməsi təkcə Sabirabad vətəndaşlarına təklif olunan tibbi xidmətdə rüşvətin əsas meyar kimi götürülməsi deyil. Yalnız tibbi xidmətin deyil, tibb müəssisələrinin əsaslı və cari təmirinin də keyfiyyətindən oğurlanır ki, buna da tenderlərin keçirilməsində “Dövlət satınalmaları haqqında” qanunun tələblərinin kobud surətdə pozulması, baş həkimin inşaatçı firmalarla qabaqcadan sövdələşməyə getməsi ilə nail olunur. Tibb müəssisələrinin dərman preparatları, ərzaqla təminati sahəsindəki çatışmazlıqlar da mənimsənilmə ilə əlaqəlidir. Xəstəxanaya verilən, xəstəxanada tapılmayan dərmanlar rayonda fəaliyyət göstərən özəl apteklərdə satdırılır. Mərkəzi Xəstəxananın ən çox gəlirli hesab olunan cərrahiyyə və doğum şöbələri, eləcə də digər şöbələrin müdirləri baş həkimin get-gedə artan “haqq” tələblərini ödəməkdə çətinlik çəkirlər. Həkimlərdə artıq belə bir stereotip yaranıb ki, yeni baş həkim təyinatı rayon səhiyyəsinin vəziyyətini düzəltməyə deyil, rüşvət tariflərinin qaldırılmasına yönəlik tədbirdir.

RMX-da vəziyyətin vəziyyətin bunca qeyri-qənaətbəxş olduğu halda kənd tibb məntəqələrinin fəaliyyətindən danışmağa belə dəyməz. Rayonun Axtaçı, Güdəcühür, Azadakənd və digər Kürüstü kəndlərinin sakinləri ümumiyyətlə Sabirabad səhiyyəsinin xidmətindən imtina ediblər, onlar daah çocx qonşu Şirvan şəhər və Salyan rayon tibb müəssisələrinə üz tuturlar.

Mövzuya qayıdacağıq.
(aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024