Mobil versiya
“Avropa Parlamenti və AŞPA irqçilərin təzyiqi altındadır” - Çavuşoğlu
Tarix: 31-01-2020 | Saat: 16:11
Bölmə:Gündəm | çapa göndər

“Avropa Parlamenti və AŞPA irqçilərin təzyiqi altındadır” -



Yunanıstandan olan deputat İoannis Laqosun Avropa Parlamentində Türkiyə bayrağına qarşı hərəkəti qəbuledilməzdir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, rəsmi Ankara hadisəyə lazımi reaksiyanı verib, amma irəlidə gərəkli addımlar atılacaq.

“Yunanıstan XİN-in açıqlamasını əhəmiyyətli sayırıq. Avropada baş qaldıran bu cür irqçi hərəkətlər Avropanın gələcəyi üçün faciədir”, - deyən Çavuşoğlunun sözlərinə görə, bu gün İslam və türklərə qarşı düşmənçilik planı ön plandadır.

“Bu gün Avropada irqçi partiyalar Avropa qurumlarını da sarsıtmağa başlayıblar. Avropa Parlamenti, hətta AŞPA artıq irqçi parlametarilərin təzyqi altındadır, ortaq dəyərlərə hörmət edilmir. Türkiyə bayrağına qarşı edilən çirkin olay isə dönüş ola bilər. Biz hadisəni təqib edib, gərəkli addımları atacağıq”.

Xatırladaq ki, İoannis Laqos Avropa Parlamentində “Yunan adalarında insanların vəziyyəti” ilə bağlı məsələnin müzakirəsi zamanı əlindəki kağızdan hazırlanmış Türkiyə bayrağını cıraraq yerə atıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024