Mobil versiya
Göygöl – Səyavuş Məmmədovun seçicilərlə görüşləri davam edir - FOTOLAR
Tarix: 31-01-2020 | Saat: 12:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Göygöl – Səyavuş Məmmədovun seçicilərlə görüşləri davam edir


101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Səyavuş Məmmədovun öz seçiciləri ilə növbəti görüşü rayonun Köşkü və Üçbulaq kəndlərində baş tutub

Deputatlığa namizəd Səyavuş Məmmədov Göygölün Quşçu və Mollacəlilli kəndlərindən sonra, bu gün Köşkü və Üçbulaq kəndlərində yaşayan sakinlərlə görüşüb. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd qeyd edib ki, ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı möntəşəm islahatlar nəticəsində bu gün bütün Azərbaycanda olduğu kimi, Göygöl və Daşkəsəndə də böyük işlər görülüb və görülməkdədir.
Daha sonra S.Məmmədov seçkiqabağı platforması haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Deputatlığa namizəd bildirib ki, seçiciləri tərəfindən ona etimad göstəriləcəyi təqdirdə bölgədə turizmin daha böyük vüsət alması, insanların sosial problemlərinin həlli, yaşam səviyyələrinin daha da yüksəlməsi istiqamətində konkret addımlar atacaqdır.

Tədbirdə iştirak edən kənd sakinləri namizədə uğurlar arzulayıblar. Seçicilər əmin olduqlarını vurğulayıblar ki, məhz Səyavuş Məmmədovun parlamentdə təmsil olunması bütün bölgə üçün çox faydalı olacaq.

Hal-hazırda Səyavuş Məmmədovun öz seçiciləri ilə görüşləri davam edir.

aia.az















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024