Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 30-01-2020 | Saat: 14:22
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 96 saylı Goranboy-Naftalan Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 96 saylı Goranboy-Naftalan Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədiləNaftalan şəhərindəolmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd,olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu Naftalanşəhərininmüxtəlifərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 4 saat davam edən prosesə 108 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 14 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 94 respondentdən 69 nəfəri isə sualımızı “mən Anar Məmmədova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 63,8 faizi Milli Məclisə deputatlığa namizəd Anar İlyaz oğlu Məmmədova etimad göstərəcəklərini bildirmişlər.

Tanış olaq:

Anar Məmmədov 1984-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən mükafatlandırılıb.2001-ci ildən YAP-ın üzvüdür.2002-2005-ci illərdə AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005-2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub (çavuş rütbəsi alıb). 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub. 2006-2009-cu illərdə Bakı şəhər Nəqliyyat departamentində bölmə rəisi işləyib. 2012-ci ildən bugünə gədər AAYDövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Naftalan şəhər sakini, müəllim:“Bu gün dövlət başçımız cənab İlham Əliyev tərəfindən ölkədə əsaslı islahatlar həyata keçirilməkdədir. O cümlədən bu islahatlar kadrlar sahəsinə də sirayət edir. Bu istiqamətdə atılan addımlar digər tədbirlərlə yanaşı bir çox sahələrdə kadrların cavanlaşdırılmasını da nəzərdə tutur. Fevralın 9-da keçiriləcək növbədənkənar Parlament seçkiləri isə məhz biz vətəndaşlara bu siyasəti ölkənin ali qanunverici orqanına tətbiq etmək imkanı verir. Məncə biz bu imkandan yararlanmalıyıq. Bizim seçki dairəsindən namizədliyi irəli sürülmüş Anar Məmmədov da yüksək potensiala malik gənc kadrdır. Elə bilirəm ki, bu namizədin həm gəncliyi, həm yüksək elmi potensialı, həm də rəhbər vəzifədə iş təcrübəsi ona digər namizədlər qarşısında müəyyən üstünlük verir. Şəxsən mən öz səsimi Anar müəllimə verəcəyəm və bütün seçicilərimizi də bu seçkilərdə gəncliyə səs verməyə çağırıram...”

Naftalan sakini, təqaüdçü:“Mən bizim namizədlərdən Anar Məmmədovun özündən daha çox onun atasının bir vaxtlar dəmir yolu sahəsində göstərmiş olduğu fəaliyyəti barədə məlumatlıyam. İlyaz Məmmədov işinə-gücünə daima çox böyük məsuliyyətlə yanaşan bir insan olub. Buna görə də o, hər zaman yüksək nailiyyətlər əldə edib. Əbəs yerə deyil ki, dövlət başçımızın sərənacmı ilə İlyaz Məmmədova Prezidentin fərdi təqaüdü verilib. Bəli, bu gün İlyaz Məmmədov artıq təqaüdə çıxıb. Lakin onun işini, bir qədər fərqli sahədə də olsa, ləyaqətlə davam etdirən davamçısı var. Necə deyərlər, ot kökü üstə bitər. Məmmədovlar ailəsində də Vətənə sevgi, dövlətə sədaqət və öz işinə məsuliyyət prinsipləri artıq bir ənənə halını almışdır. Əminəm ki, Anar Məmmədov bizi Milli Məclisdə ləyaqətlə təmsil edən bir deputat olacaqdır. Bütün goranboyluları da bu namizədə səs verməyə çağırıram...”

Naftalan sakini, dövlət qulluqçusu:“Şəxsən mənim üçün ən mühüm amillərdən biri də budur ki, Anar Məmmədovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu isə partiya tərəfindən Anar müəllimə göstərilən yüksək etimad deməkdir. Əlbəttə ki, bu faktın özü bütün goranboylular üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim insanlar özləri də hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olublar. Deməli bizi parlamentdə təmsil edən deputatımız da məhz bu ideyalara sadiq adam olmalıdır. Anar Məmmədovun namizədliyinin YAP tərəfindən irəli sürülməsi də onun həyat və fəaliyyətində məhz bu prinsipləri əldə rəhbər tutduğuna dəlalət edir. Digər tərəfdən isə Anar müəllimin 3 ali təhsilli gənc rəhbər işçi olması da onun yüksək potensialından xəbər verir.Düşünürəm ki, biz də bu yüksək potensialdan yararlana bilərik. Şəxsən mən bu qənaətdəyəm ki, bizim Milli Məclisdə deputatımız məhz Anar Məmmədov olmalıdır...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz onuncu sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024