Mobil versiya
Göygöldə meyit tapıldı
Tarix: 15-02-2016 | Saat: 12:51
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Araşdırma aparılır.

Göygöl rayonunda meyit aşkarlanıb.

Aia.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Üçtəpə kənd sakinləri kənd ərazisində yaşlı bir kişinin meyitini görərək dərhal polisə məlumat veriblər.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin kimliyini müəyyən ediblər.

Məlum olub ki, ölən şəxs Daşkəsən rayon sakini, 1930-cu il təvəllüdlü Əlirza Nəcəfovdur.

Onun kənd ərazisində oğlunun yeni tikdirdiyi evə baxmağa gedərkən yolda ürəktutmasından dünyasını dəyişdiyi müəyyən olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024