Mobil versiya
Azərbaycanda baş verən yanğınlardan 53 nəfər ölüb, 232-i isə xəsarət alıb
Tarix: 28-01-2020 | Saat: 11:22
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Azərbaycanda baş verən yanğınlardan 53 nəfər ölüb, 232-i isə xəsarət alıb



2019-ci il ərzində respublika ərazisində 16571 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 1107 hadisə və ya 7% çoxdur.



Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.



Rəsmi məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 53 nəfər həlak olub, 338 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 63 nəfər xilas edilib, 1228 nəfər təxliyə olunub.



Həmçinin, 2019-cu il ərzində respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub. Təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilib, 136 nəfər təxliyə olunub.



Qeyd edilib ki, 2019-cu il ərzində respublika ərazisində 16399 texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 1090 hadisə və ya 7% çoxdur.



Texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 338 nəfər xəsarət alıb ki, bu da 2018-ci il ilə müqayisədə həlak olanlar üzrə 37 nəfər və ya 35% azdır, xəsarət alanlar üzrə 107 nəfər və ya 46% çoxdur. Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilmiş, 1092 nəfər təxliyə olunub.



2019-cu il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub. Yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.



Statistikaya görə, 2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı il ilə müqayisədə 4 hadisə və ya 6% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olmuş, 103 nəfər xəsarət alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə