Mobil versiya
“EuroHome”da təmir nazirliyin nəzarətilə aparılır - RƏSMİ
Tarix: 28-01-2020 | Saat: 11:09
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

“EuroHome”da təmir nazirliyin nəzarətilə aparılır -



"10 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Bakı-Sumqayıt şosesində yerləşən və bir hissəsi yanaraq yararsız vəziyyətə düşmüş “Eurohome” MMC-yə məxsus inşaat materiallarının satışı mərkəzinin bərpası işlərinə başlanılıb”.



Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi Elnur Babayev məlumat verib.



Onun sözlərinə görə, rəhbərliyin müvafiq göstərişi əsasında sahibkarların maraqlarının qorunması, çoxsaylı iş yerləri olan iri ticarət müəssisəsinin tez bir zamanda yenidən tam həcmdə fəaliyyət göstərməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarından ibarət inspektor heyəti növbətçilik qaydasında obyektdə aparılan təmir-tikinti və quraşdırma işlərini nəzarətdə saxlayır:



“Yanğın təhlükəsizliyi tələbləri çərçivəsində norma və qaydalara uyğun olaraq obyektin inşa olunması istiqamətində zəruri göstəriş və tövsiyələrini verirlər”.



“Xidmətin əməkdaşları ticarət sahələrinin arakəsmə divarlarının müvafiq odadavamlılıq dərəcəsinə malik materiallarla ayrılmasını, təxliyyə çıxışlarının tələblərə uyğun sayda və yerdə olmasını, xarici və daxili su təchizatı, həmçinin yanğına qarşı avtomatika sistemlərinin quraşdırılmasını xüsusi diqqətdə saxlayırlar”,- deyə nazirlik rəsmisi bildirib.



Xatırladaq ki, ötən il dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.



Qeyd edək ki, bu il yanvarın ayını əvvəlində qanunvericiliyin tələbləri pozulduğuna görə “EuroHome” tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin FHN tərəfindən dayandırılmasına qərar verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024