Mobil versiya
Şirin Nexamiya Mixaeli: Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək
Tarix: 28-01-2020 | Saat: 11:03
Bölmə:Gündəm | çapa göndər

Şirin Nexamiya Mixaeli:


Əslən Azərbaycandan olan yəhudilər kimi bizim üçün bu ölkədə baş verən proseslər mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu secki-2020.az saytına açıqlamasında “Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi” və “İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli deyib.

O bildirib ki, Azərbaycan daim güclənən və inkişaf edən ölkədir: "Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir".

Şirin Nexamiya Mixaeli yeni formalaşacaq parlamentin Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024