Mobil versiya
Fəhlə işinə də rüşvət istədilər
Tarix: 15-02-2016 | Saat: 12:10
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər



Sumqayıt şəhəri Heydər Əliyev adına istirahət parkında keçmiş Sindbad atraksionunun olduğu ərazidə yeni obyekt tikilir. Atraksion o zamanlar balaca uşaq ların və böyüklərin əyləndiyi, adrenalin dolu bir məkan idi. İndi köhnə tikilənləri söküb, yerində təzə obyektlər inşa etmək bir dəb halı alıb. Amma köhnənin yerində ondan yaxşısını yarada bilməyəcəksənsə, bu yeniliyin nə faydası. Nə isə, mətləbimiz başqadı.

Bir tərəfdən bu yaxşıdır ki işsizliyin tüğyan etdiyi bir vaxtda bir qrup işsiz yeni işlə təmin olunub. Əfran adlı gənc də bu tikintidə işləmək üçün, tikinti rəisinə müraciət edir.

Bu barədə Əfran özü belə danışdı.

- Tikinti aparıldığı görüb mən də bu yerdə işləmək istədim. Müraciət edəndə mənə dedilər ki, iş olanda çağıracağıq. Bir neçə ay gözləməli oldum. Onlardan bir səs çıxmadığını görüb bir də müraciət etdim. Cavabında mənə dedilər ki, “filan qədər gətirərsən” ondan sonra burda işə düzələ bilərsən. Bir də mənə dedilər ki, bu müddət ərzində filan qədər pul verən bir işçini artıq işə götürmüşük. Filan qədəri olmayan Əfran indi də işsizdir. Əfran kimi yüzlərlə özünə iş axtaran işsizlər mövcuddur.Nə qədər ki, işsizlik var işbazlar iş bazarında “filan qədər” söhbətini fırladacaqlar.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024