Mobil versiya
Rusiyalı politoloq: “Atası kimi müdrikdir...”
Tarix: 15-02-2016 | Saat: 12:06
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Rusiyalı politoloq: “Atası kimi müdrikdir...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 18-də gözlənilən səfəri Rusiya siyasi dairələrində də izlənilir

Bu səfər Türkiyə ilə Rusiya arasında münasibətlərin son dərəcə gərginləşdiyi, hətta tərəflərin Suriya hərbi əməliyyatlar teatrında birbaşa toqquşmaya girmək riskinin yüksək olduğu bir vaxtda baş tutur.

Türkiyə Azərbaycanın strateji müttəfiqidir, qardaş ölkədir. Rusiya isə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir, son illər bu münasibətlərdə əhəmiyyətli məsafə qət edilib. Bu baxımdan Ərdoğanın səfər zamanı Azərbaycandan Rusiyaya qarşı açıq dəstək istəsə Bakının buna cavabı necə ola bilər?

Qeyd etmək lazımdır ki, Rusiya ilə Türkiyə arasında qarşıdurma yarananda Bakı mümkün qədər münaqişə tərəflərindən məsafə saxlamağa çalışdı. Prezident İlham Əliyev bəyan etdi ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün vasitəçilik etməyə də hazırdır. Çünki Rusiya ilə Türkiyənin münasibətlərinin gərgin olması Azərbaycan üçün geosiyasi baxımdan qətiyyən məqbul deyil.

Rusiyadakı MDB İnsitutunun direktor müavini, politoloq Vladimir Jarixin “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan-Rusiya münasibətləri və Ərdoğanın gözlənilən səfəri haqda danışıb. Onun fikrincə, Azərbaycan Rusiyanı hər şeydən əvvəl Ermənistanla danışıqlarda vasitəçi kimi nəzərdən keçirdiyindən bu əlaqə imkanını itirmək istəməzdi. “Mən həm ata Əliyevin, həm oğlunun təcrübəsi, müdrikliyi əsasında mühakimə yürüdürəm. Əliyevlər o dərəcədə ağıllı siyasətçilərdir ki, tamamilə düzgün deyirlər və edirlər: bütün yumurtaları eyni səbətə qoymaq olmaz. Onlar çoxvektorlu siyasət aparırlar bu da uzun illərdir Azərbaycana imkan verir ki, həm Qərblə, həm Rusiya ilə əməkdaşlıq etsin.



Neçə illərdir deyirlər ki, Rusiya Azərbaycanı müttəfiq kimi itirir. Ancaq gördüyümüz kimi hələ itirməyib. İlham Əliyev atasının layiqli oğludur, o, balanslaşdırmağı, öz siyasətini aparmağı bacarır. Situasiya əlbətdə ki, sadə deyil, vəziyyət sürətlə dəyişir. Lakin cənab Əliyev mümkün olduğu qədər hər hansı koalisiyadan çəkinəcək”-Jarixin deyib.

Rusiyalı politoloqun fikrincə Ərdoğan yəqin ki, Azərbaycana nəsə təklif edəcək. Çünki istəyir ki, Azərbaycan birmənalı olaraq Türkiyənin tərəfində olsun. “Mən isə hesab edirəm ki, Azərbaycan lideri siyasətçi kimi o qədər müdrikdir ki, bütün yaxşı sözləri deyəcək, ancaq özünə seçim imkanı da qoyacaq. Və düz də edəcək”-Jarixin bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024