Mobil versiya
İlhamə Quliyevanın keçmiş köməkçisi ev dustağı olmaq istəyir
Tarix: 15-02-2016 | Saat: 12:02
Bölmə:Dünya / Manşet / Karusel | çapa göndər


Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan apellyasiya şikayəti verib

Aia.az bildirir ki, bu barədə report-a M.Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.

O bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Müraciətdə M.Hüseynovanın ev dustaqlığına buraxılması barədə iddianın təmin edilməsi də istənilib.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fevralın 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024