Mobil versiya
Seçicilər namizədin təbliğatını baykot edərək fiaskoya uğratdılar - FOTOLAR
Tarix: 25-01-2020 | Saat: 15:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Seçicilər namizədin təbliğatını baykot edərək fiaskoya uğratdılar -




28 saylı Sabunçu üçüncü Seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlı bu gün əsil fiasko yaşadı

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir.Ölkənin mətbu orqanlarından biri olaraq, aia.az saytı da namizədlərin keçirdikləri kampaniyaları diqqətlə izləyir. Bugünkü müşahidələrimizin nəticəsində isə 28 saylı Sabunçu üçüncü Seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlının “seçicilərlə görüşü”nün tamamilə iflasa uğradığının şahidi olduq.

Kimsə düşünə bilər ki, biz namizədin uğursuzluğuna sevinirik. Amma bu, qətiyyən belə deyil. Ən azından ona görə ki, Aygün xanımın bu uğursuzluğu tamamilə gözlənilən idi. Təsəvvür edin ki, küçədə getdiyiniz yerdə tanımadığınız, bilmədiyiniz biri sizə yaxınlaşıb ona səs verməyinizi xahiş edir. Reaksiyanız necə olar? Əlbəttə ki, həmin şəxsi rədd edərsiniz. Hə, deyə bilərsiniz ki, hər halda Aygün Süleymanlını cəmiyyətdə Aygün Muradxanlı kimi də olsa, az-çox tanıyırlar. Razıyam, amma bu da var ki, insanlar indi Süleymanlıya səs verməlidirlər, Muradxanlıya yox. Məhz elə bu ikililik də seçiciləri bir qədər çaş-baş salır. Amma əsas bu deyil, əsas budur ki, hal-hazırda, bu xırda material hazırlanan dəqiqələrdə, Aygün Süleymanlı seçicilərinin iştirak etmədiyi görüşü keçirir. Əldə etdiyimiz dəqiq məlumata görə, tədbirə proqnozlaşdırıldığı kimi, 20-25 nəfər deyil, heç 10-15 seçici də qatılmayıb. Təqdim olunan foto-şəkillərdən görünür ki, görüş üçün ayrılmış zal demək olar ki, tamamilə boşdur. Səbəb isə, Aygün xanımın özünün seçkiqabağı təbliğat kampaniyasını rəqiblərinə qarşı anti-təbliğat üzərində qurmağa çalışması, potensial seçicilərinə deyil, bir jurnalist olduğuna görə medianın dəstəyinə güvənməsi və bir də heç kimdə maraq doğura bilməmiş seçki platforması təqdim etməsi olub.

Həm də bütün bunlarla Aygün xanım Bakı kəndləri sakinlərinin rəğbətini qazanacağını düşünürmüş...

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024