Mobil versiya
117-saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatlığa namizəd Ləman Ələşrəfqızına
Tarix: 25-01-2020 | Saat: 13:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

117-saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputatlığa namizəd Ləman Ələşrəfqızına


Hörmətli aia.az saytının redaktoru, bir Azərbaycan Respublikasının vətəndaşı və ən əsası bir seçici kimi, Sizin obyektivliyinizə inanaraq yazıb sizdən xahiş edirem ki, mümkünsə, aşağıdakı məqaləni də saytınızda işıqlandırasınız.


Ləman Ələşrəfqızı, sizin şəxsi facebook səhifənizdə və digər saytlarda paylaşdığınız xəbərlə əlaqədar bir vətəndaş, bir seçici olaraq şəxsən maraqlandım və bununla bağlı öz qənaətimi bölüşürəm.

Məncə siz Oğuz rayonunun Baş Daşağıl kəndindəki məntəqədə yerləşən təbliğat təşviqat lövhəsindəki şəklinizin lövhənin aşağı hissəsindən vurulması məsələsini kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırmaqla digər namizədlərə qarşı çox böyük haqsızlıq edir, şəffaf aparılmalı olan kampaniyanı başqa səmtə yönəltməklə ədalətli seçkiyə kölgə salmaq istəyirsiniz. Məlumdur ki, hər bir namizədin şəklini bu məqsədlə ayrılmış lövhəyə qanunla icazə verilən yerlərdə onun səlahiyyətli nümayəndəsi vurur. Mənə məlumdur ki, sizin də şəklinizi səlahiyyətli nümayəndəniz, - yəni, bacınız oğlu həmin lövhəyə yapışdırıb.

Nüfuz məsləsinə gəlincə, kimin nüfuzunun hansı səviyyədə olduğu fevralın 9-u, seçki günü bəlli olacaq. Nəzərinizə çatdırıram ki, bu cür təxribatlara getməyiniz sizi daha da nüfuzdan sala bilər. Sizi ədalətli mübarizə aparmağa çağırıram.


Mən hələ sizin təbliğat-təşviqat kampaniyasının tələblərini pozaraq dekabrın ortalarından təbliğat və anti-təbliğat işlərinə başlamağınızdan danışmıram...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024