Mobil versiya
Azərbaycanda arvadını qırmancla döyən kişi barəsində cinayət işi açıldı
Tarix: 25-01-2020 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda arvadını qırmancla döyən kişi barəsində cinayət işi açıldı



Azərbaycanda həyat yoldaşını qırmancla döyən şəxslə bağlı cinayət işçi açılıb.

Oxu.Az-ın məlumatına görə, Əfsanə İsayevanı döyən həyat yoldaşı Səxavət İsayev barəsində Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə (CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlanılıb.

Qeyd edək ki, Xızı rayonunda ana və üç övladı itkin düşmüşdü.

Qadının həyat yoldaşı Səxavət İsayev hüquq-mühafizə orqanlarına məlumat verərək, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək, yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024