Mobil versiya
Ankarada Xocalı Soyqırımı ilə bağlı beynəlxalq panel keçiriləcək
Tarix: 15-02-2016 | Saat: 11:58
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Ankarada Xocalı Soyqırımı ilə bağlı beynəlxalq panel keçiriləcək
Türkiyənin paytaxtında Xocalı Soyqırımının 24-cü Anım Günü ilə bağlı beynəlxalq panel keçiriləcək

Bu barədə Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri Anar Əsədli məlumat verib.

Yenicag.az-a danışan Anar Əsədlinin sözlərinə görə, 23 fevralda Ankarada gerçəkləşdiriləcək “İnsanlığa qarşı Cinayət” Beynəlxalq Xocalı Soyqırımı Panelində Türkiyə, Azərbaycan və digər qonşu dövlətlərdən olan dövlət adamları, siyasətçilər, elm və ictimaiyyət xadimləri iştirak edəcəklər: “Biz bu il fərqli bir Xocalı tədbiri keçirməyi planlaşdırmışıq. Azərbaycan, Türkiyə, Güney Azərbaycan və Quzey Kıprısdan olan qonaqlarımızla yanaşı o faciəni yaşamış insanları da dəvət etmişik ki, qonaqlarımız həm də şahidlərdən Xocalı Soyqırımını dinləsinlər. Panellə bağlı bu zamana qədər keçirilən tədbirlərimizdən tam fərqli bir format düşünmüşük. Bundan başqa rəsm və kitab sərgilərimiz olacaqdır”.

“İnsanlığa qarşı Cinayət” Beynəlxalq Xocalı Soyqırımı Paneli 23 fevral, saat 14.00-da Ankara “Meyra Palace” Otelində keçiriləcəkdir.

Qeyd edək ki, Ankarada gerçəkləşəcək tədbirin təşkilatçıları Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi (QASİM), Azərbaycan Yeni Çağ Analitik İnternet qəzeti (www.yenicag.az) və Xeber365.az Xəbər portalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024