Mobil versiya
Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü
Tarix: 23-01-2020 | Saat: 16:58
Bölmə:Siyasət | çapa göndər

Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü

Bunula əlaqədər Elmira Fərzəliyeva özünün feyzbuk səhifəsində bəyanat yayıb.

Bəyanatda deyilir:

"Əziz seçicilər, sizin dəyərli dəstəyiniz sayəsində mən, Fərzəliyeva Elmira Raquf qızı, 9 fevral növbədənkənar parlament seçkilərində iştirak üçün imza toplayaraq öz namizədliyimi irəli sürmüşəm. Son bir neçə həftə ərzində seçki kampaniyama dəstək göstərən dostlarım və qərargahımın üzvləri ilə sıx əlaqədə çalışaraq sizə təklif edə biləcəyimiz ən yaxşı seçki platformasının üzərində çalışırdıq.

8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizəd olan Azay Quliyevin tətbiq edəcəyi, ən azından yerli təcrübədə bir ilk olan “Seçicinin elektron kabineti” kimi proqramın istifadəyə veriləcəyi barədə sosial media vasitəsilə və Seçki Dairəsinin ərazisində yaşayan tanışlarımdan məlumat aldıqdan sonra belə bir nəticəyə gəldim ki, Azay Quliyevə 9 fevral seçkilərində rəqib olmayacaq. Buna görə də mən, Azay Quliyevin xeyrinə öz namizədliyimi geriyə çəkmək barədə qərara gəldiyimi bəyan edir, mənə dəstək göstərən bütün seçiciləri isə 9 fevral 2020-ci ildə Azay Quliyevə səs verməyə dəvət edirəm".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə