Mobil versiya
İranda təyyarə qəzasında həlak olanların 123-nün kimliyi bəlli olub
Tarix: 15-01-2020 | Saat: 10:56
Bölmə:Dünya | çapa göndər

İranda təyyarə qəzasında həlak olanların 123-nün kimliyi bəlli olub


İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında yanvarın 8-də qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 123 nəfərinin kimliyi bəlli olub.

Trend-in məlumatına görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının əlaqədar məlumatında öz əksini tapıb.

Məlumata əsasən, Tehran vilayətinin tibbi ekspertiza laboratoriyalarında DNT analizlərinin aparılması davam etdirilir.

Təşkilatın məlumatında qeyd olunur ki, qəzada həlak olan 176 nəfərin 147-si İran vətəndaşı, qalanı isə əcnəbi vətəndaşdır.

Ötən gün (14 yanvar) 30 nəfərin meyiti aidiyyəti üzrə ailələrinə təhvil verilib.

Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı yanvarın 11-də səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024