Mobil versiya
Təcili: Türk ordusundan PKK-nın Suriya qolunun mövqelərinə sarsıdıcı zərbə - ABŞ və Rusiya belə müdafiə edə bilmədi
Tarix: 13-02-2016 | Saat: 22:01
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Təcili: Türk ordusundan PKK-nın Suriya qolunun mövqelərinə sarsıdıcı zərbə - ABŞ və Rusiya belə müdafiə edə bilmədi
Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD-nin mövqelərini bombalamağa başlayıb.

Aia.az xəbər verir ki, dünən PYD silahlıları Türkiyə sərhədinin düz qarşısındakı Azez şəhrinə düz 500 metrədək yaxınlaşmışdı. Türk ordusu şəhəri almağa cəhd edən terror təşkilatına qarşı bu gün əməliyyata başlayıb. “Fırtına” özüyeriyən artilleriya qurğuları PYD mövqelərini bombardman edib.

Qeyd edək ki, Azez şəhəri üzərinə iki gündür hücuma keçən YPG-ə Rusiya aviasiyası dəstək verirdi. Rusiyanı verdiyi dəstəklə YPG şəhərin yaxınlığındakı Şat kəndinə girə bilmişdi. Şəhəri mühasirəyə alan terror təşkilatı ağır silahlardan atəş açırdı. ABŞ isə PYD-ni terrorçu tə.kilat olaraq tanımadığını bildirmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024