Mobil versiya
“Könüllülük ili”ndə Azərbaycan gənclərindən gözəl təşəbbüs - FOTOLAR
Tarix: 14-01-2020 | Saat: 13:57
Bölmə:Ölkə | çapa göndər

“Könüllülük ili”ndə Azərbaycan gənclərindən gözəl təşəbbüs



Azərbaycan gəncləri ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən ilhamlanaraq, şəhid, məcburi köçkün ailələri, həmçinin tək yaşayan, yaşlı, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə yeni bir təşəbbüslə çıxış etdilər.

“Könüllü qonaq” adlanan təşəbbüs çərçivəsində onlar qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar. Xalqımızın əsrlər boyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən gənclər qayğıya ehtiyacı olan tənha insanları diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş edirlər.

Bu təşəbbüsə ilk olaraq qoşulan Goranboy, Şəmkir, Bərdə, Biləsuvar, Zaqatala və Xaçmaz gəncləri öz rayonlarındakı qayğıya ehtiyacı olan insanları sevindiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gənclərə səslənərək onları #konulluqonaq təşəbbüsünə qoşulmağa dəvət ediblər.

aia.az













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024