Mobil versiya
Badamdar yolu tamamilə bağlandı - 4-5 metr hündürlüyündə torpaq kütləsi...
Tarix: 09-01-2020 | Saat: 13:13
Bölmə:Karusel | çapa göndər

Badamdar yolu tamamilə bağlandı -


Respublika Seysmoloji Xidmət Mərkəzini baş direktorunun rəhbərliyi ilə Badamdardakı sürüşmə zonasına baxış keçirilib.



Mərkəzdən Modern.az-a verilən məlumata görə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçiriblər.



Baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.



Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparmışdır. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanmışdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024