Mobil versiya
Hacıqabul rayonunda çağırışçıların hərbi xidmətə yola salınma mərasimi keçirildi.
Tarix: 09-01-2020 | Saat: 13:12
Bölmə:Manşet / Ölkə | çapa göndər

Hacıqabul rayonunda çağırışçıların hərbi xidmətə yola salınma mərasimi keçirildi.


09 dekabr 2020-ci il tarixdə Hacıqabul rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirildi. Mərasim iştirakçıları və çağırışçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə mərasim başlamışdır.

Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin şəxsi heyəti, ictimaiyyətin, gənclərin və çağırışçıların valideynləri iştirak etmişlər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasov və digər ziyalılar çağırışçıları təbrik etdi və onlara hərbi xidmətlərində uğurlar arzuladılar.

Sonda çağırışçılar dövlət bayrağına ehtiramlarını bildirərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla təyin olunduqları hərbi hissələrə yola salınıblar.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024