Mobil versiya
BMT-nin 6 sülhməramlısı öldürüldü
Tarix: 13-02-2016 | Saat: 11:18
Bölmə:Gündəm / Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

BMT-nin 6 sülhməramlısı öldürüldü
Malidə silahlı hücum nəticəsində BMT-nin 6 sülhməramlısı öldürülüb.

Aia.az ТАSS Agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın Təhlükəsizlik Şurası məlumat yayıb.

Cümə günü Kidal şəhəri minaatanlardan və odlu silahdan atəşə tutulub. Bundan başqa, bir sıra KİV-lərin məlumatına görə, içərisinə partlayıcı qoyulmuş bir avtomobil partladılıb. Silahlı hücum üçün məsuliyyəti “Əl-qaidə"nin filialı olan "Ənsar əd-Din” qruplaşması öz üzərinə götürüb.

Təhlükəsizlik Şurası bu hadisəni terror aktı kimi qiymətləndirib. Şura üzvləri həlak olmuş sülhməramlıların ailələrinə başsağlığı verib və Mali hökumətini günahkarları taparaq ədalət məhkəməsinə cəlb etməyə çağırıblar.

Malidə hökumət qoşunlarının və müxtəlif qruplaşmaların döyüşçüləri arasında silahlı konflikt 2012-ci ildən başlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024