Mobil versiya
Dövlət Komitəsi yandırılan 10 yaşlı qızın məsələsini nəzarətə GÖTÜRDÜ
Tarix: 09-01-2020 | Saat: 13:03
Bölmə:Manşet / Gündəm | çapa göndər

Dövlət Komitəsi yandırılan 10 yaşlı qızın məsələsini nəzarətə


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları (sosial işçi və psixoloq) Tovuz rayonunun Dondar Quşçu kəndində yanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, ziyarət zamanı ailənin digər uşaqları və valideynlərlə söhbət aparılaraq, ailə sosial-psixoloji baxımdan qiymətləndirilib:



“Ehtiyac olacağı təqdirdə ailə ilə müvafiq işlər aparılacaq”.



Həmçinin qeyd edilib ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək:



“Hazırda məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılır. Bildirmək istəyirik ki, hadisə ilə bağlı bütün lazımi və təxirəsalınmaz tədbirlər görüləcək, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, eləcədə cinayətkarın öz layiqli cəzasını alması üçün bütün addımlar atılacaq.



Baş vermiş hadisə bir daha valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmasının vacibliyini ortaya çıxardır. Komitə valideyn məsuliyyətini bir daha vurğulayaraq, valideynlərə uşaqlara nəzarətin artırılmasını, onlarla mümkün qədər çox ünsiyyətdə olmalarını, övladlarının davranışlarını daim nəzarətdə saxlamalarını, eyni zamanda valideynlərə öz uşaqlarına qarşı məsuliyyətli, həssas və qayğılı olmalarını tövsiyə edir”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024