Mobil versiya
Deputat: “Saxtakarlığa yol verən şəxslər dövlət başçısını aldatmağa cəhd edirlər”
Tarix: 08-01-2020 | Saat: 16:01
Bölmə:Siyasət | çapa göndər

Deputat:


“Bəzi federasiyalar bizim Respublika çempionatında heç bir yer tuta bilməyən kikboksçuları aldadaraq öz tərəflərinə çəkirlər”.



aia.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Adil Əliyev müsahibəsində deyib.



A.Əliyev qeyd edib ki, Azərbaycan Kikboksinq Federasiyasının etdiklərini digər federasiyalarda görmürlər: “Biz böyük bir ailəyik. Aldadaraq öz yanlarına çəkdikləri kikboksçular bir anda "dünya kubokunun sahibi", "dünya çempionu" olurlar. Həmin qurumların adlarını çəkib reklam etmək istəmirəm. Amma Bakıda nə qədər dünya çempionatı, dünya kuboku keçirmək olar? Bu qədər saxtakarlıq olar? İşi bilməyən, idmandan məlumatı olmayanları aldadırlar. Bu cür saxtakarlığa yol verən şəxslər dövlət başçısını aldatmağa cəhd edirlər. O "dünya çempionları"na çağırış da etmişik. Demişik ki, "gəl, Respublika Çempionatlarında cəmi bir döyüş keç, sonra gedib, dünya kubokunun sahibi" ol. Bunu dəfələrlə desək də heç bir nəticə də görmürük. Məsuliyyətli şəxslərin bu məsələlərə biganə yanaşması düzgün deyil. Federasiyaların işlərinin çoxluğu ilə əlaqədar üstlərinə düşmürəm”.



AKF-nin prezidenti əlavə edib ki, onları ölkənin rəhbərliyi ilə görüşdürmək, yüksək səviyyəyə çatdırmaq, əsil dünya çempionları ilə bir yerə qoymaq olmaz: “Məqsədimiz, amalımız ölkəmizi güclü dövlət kimi dünyaya çatdırmaqdır. İdmançı görür ki, asan yolla "çempion" olursa, ölkə rəhbərliyi ilə görüşdürülürsə onlar artıq əlavə əziyyət çəkməyəcək. Bütün bu yalanlar da sözün düzü məni idmandan soyudur. Düşünürəm ki, hədər yerə əziyyət çəkirik. Saxtakarları reklam edib, ölkə rəhbərliyinə təqdim etmələri idmana ləkədir”.



A.Əliyev bildirib ki, gələcəkdə bu məsələlərə daha radikal münasibət bildirəcək: “Planlarım var. Amma hələlik istəmirəm. Hərənin idmandan xəbəri olmayan bir tanışı var. Kiminsə vasitəsiylə çıxıb xahişlər edirlər. Gələn il Federasiyamızda da seçki və yeni təyinatlar olacaq. Federasiyamıza gələn vitse-prezidentlər elə bilirlər gələn kimi ölkə rəhbərliyi ilə görüşəcək, yüksələcəklər. Elələrini də qurumumuzdan yola salıb göndərdik. Düşünürlər ki, Adil Əliyev də digərləri kimi onları xüsusi təqdim edəcək. Hər zaman demişəm özünə güvənən, idmanın inkişafına əl qoyacaq biri varsa dəstək göstərməyə razıyam. İdmançılarımızın yarışlara göndərilməsində yardım edə bilərlər. Hətta federasiyaya maddi dəstək olacaq şəxslərə bu qurumun rəhbərliyini də təhvil verə bilərəm, əgər bacararsa... Düşünün, ermənillər böyük "Glory" və "K1" kimi idman təşkilatlarına üzv ola bilirlər. Bizimkilər isə asan yolla başqa federasiyalar vasitəsiylə "dünya çempionu" olmağa qaçırlar. Onu da deyim ki, illər öncə atdığımız addımı indi etməyə çalışırlar. Unutmasınlar ki, paxıllığı olanlar, şəxsi ambitsiyalardan çıxış edənlər heç vaxt ölkəsini, ordusunu düşünə bilməz. Ancaq göstəriş xatirinə tort kəsə bilərlər. Biz dəfələrlə demişik, bu idmanın sənə aidiyyatı yoxdur, kikboks yarışı keçirməyin. Bir də görürsən ki, gizlin, padvallarda yarışlar təşkil edib, saxta çempionlar ortaya çıxarırlar”.Unikal.org

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024