Mobil versiya
İran ordusu ABŞ hərbi bazasına hücumla bağlı bəyanat verib
Tarix: 08-01-2020 | Saat: 15:46
Bölmə:Dünya | çapa göndər

İran ordusu ABŞ hərbi bazasına hücumla bağlı bəyanat verib


SEPAH-ın İraqda ABŞ hərbi bazasına “Şəhid Süleymani” adlı əməliyyatından sonra İran İslam İnqilabı Keşikçilər Korpusu bəyanat verib.

Bu barədə Trend İran Ordusunun informasiya portalına istinadən məlumat verib.

İran ordusu qeyd edir ki, bu hücum ABŞ-ın iranlı generalın ölümü ilə əlaqədar hərəkətinə cavab olaraq keçirilib.

Ordu bəyan edir ki, Tehran öz qətiyyətli mövqeyini, ABŞ hərbçilərinin regiondan çıxarılması ilə bağlı strategiyanı son addıma qədər icra edəcək.

Qeyd edək ki, ötən gecə İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın İraqdakı bazası olan Eynül-Əsəd bazasına raketlə hücum edib. İran tərəfi azı 35 raketin atıldığı və 15 hədəfin vurulduğunu bildirir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024