Mobil versiya
İranlı generalın dəfn mərasimində ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
Tarix: 07-01-2020 | Saat: 16:25
Bölmə:Karusel / Dünya | çapa göndər

İranlı generalın dəfn mərasimində ölənlərin sayı 40-a çatıb -


İranın cənub-şərqində yerləşən Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində bir qrup insan həlak olub.

Bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib. Bu barədə Trend təşkilatın informasiya portalına istinadən məlumat verib.

P.Kulivəndin sözlərinə görə, izdiham nəticəsində yaralananlar təcili yardım maşınların ilə müalicə mərkəzlərinə çatdırılıblar.

Kulivənd əlavə edib ki, hadisənin baş vermə səbəbləri araşdırılır. Onun sözlərinə görə, 40 nəfər həlak olub, 213 nəfər yaralanıb.

Bundan əvvəl ölənlərin sayının 32, yaralıların sayının isə 190 nəfər olduğu bildirilmişdi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024