Mobil versiya
Hadi Rəcəbli: "İlham Əliyevin siyasətini daim dəstəkləyəcəyik"
Tarix: 30-12-2019 | Saat: 19:20
Bölmə:Siyasət | çapa göndər

Hadi Rəcəbli:


Milli Məclisin V çağırış deputatı Hadi Rəcəbli Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.



Pravda.az həmin təbriki təqdim edir:



"Əziz həmvətənlər!



Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.



Arxada qoyduğumuz illər ərzində Azərbaycan öz müasir lideri ilə yeni uğurlara imza atdı. Əhalinin rifah halının yaxşılaşdırılması sahəsində ölkə başçısının rəhbərliyi altında çoxsaylı islahat proqramları reallaşdırıldı. Bu bir daha sübut edir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək. Şübhəsiz ki, İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan yeni ilimizdə də böyük uğurlara imza atacaq. Lider-xalq birliyi bu uğurların təməlində durur. Biz də Prezidentimiz İlham Əliyev cənablarının bu siyasətini daim dəstəkləyir, onun rəhbərliyi ilə xalqımıza, dövlətimizə yeni-yeni uğurlar arzu edirik. Əziz xalqımız, qoy Yeni il sizə gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun. Bayramınız mübarək".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024