Mobil versiya
Azərbaycanın iki böyük bankı birləşir
Tarix: 12-02-2016, 10:01 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Manşet2 / Karusel | çapa göndər

Azərbaycanın iki böyük bankı birləşir
Fevralın 11-də Niyyət protokolu imzalandı.

Bir müddət əvvəl elan olunan “AGBank” ASC ilə “DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesinə xitam verilib.

“Bununla belə, çoxillik fəaliyyəti nəticəsində əldə etdiyi nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərinə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsini və bankın illər ərzində formalaşan yüksək peşəkarlıq ənənələrinə sadiq işçi heyətinin bank xidmətləri bazarında fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədilə “AGBank” ASC, digər bir yerli bankla müvafiq məsləhətləşmələr aparıb.

Belə danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan “Bank Standard” KB ilə ilkin razılaşma əldə olunmuş və bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində Niyyət protokolu imzalanıb.

Razılaşmaya əsasən bankların nümayəndələrindən ibarət işçi qurupu “AGBank” ASC-nin OSC “Bank Standard” KB-a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər apacaqdır”, - deyə bankın açıqlamasında qeyd edilib.



5536 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930