Mobil versiya
Bazarda qızıl alverçiləri arasında dava - TƏFƏRRÜAT
Tarix: 28-12-2019 | Saat: 17:30
Bölmə:Cəmiyyət | çapa göndər

Bazarda qızıl alverçiləri arasında dava -


Ağcabədi rayonunda bazarda dava etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Uğur Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

aia.az teleqraf.com-a istinadən xəbər verir ki, Uğur Rüstəmov Ağcabədi rayonunun mərkəzi bazarında Etibar Abışovdan qarşılıqlı razılığa əsasən 280 manat dəyərində iki cüt sırğa və bir ədəd klondan ibarət qızıl-zinət əşyaları satın alıb. O, həmin əşyaları bazarda qızıl satışı ilə məşğul olan digər satıcı Hümbət Əsgərova satmaq istəyib. Amma Hümbət Əasgərov qızılları ondan almayıb.

Bu səbəbdən o, qızıl əşyalarını istəmədiyini Etibar Abışova söyləyib və geri qaytarmaq istəyib. Etibar Abışov isə satdığı qızılın dəyəri olan pulu qaytarmaq istəməyib.

Onlar bu səbəbdən mübahisə ediblər. Mübahisə zamanı səsə toplaşmış çoxlu sayda şəxslərə əhəmiyyət verməyən Uğur Rüstəmov ucadan nalayiq ifadələr işlədib. Yumruq-təpiklə Etibar Abışovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, ona bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Uğur Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Uğur Rüstəmov 2 min manat miqdarında cərimə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Uğur Rüstəmov apelyasiya şikayəti verib. O, barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Uğur Rüstəmovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Uğur Rüstəmovun şikayətini qismən təmin edib və onun barəsində olan cərimə cəzasını 1000 manata qədər azaldıb.

Uğur Rüstəmov bu qərarla da razılaşmayıb. O, barəsində olan cinayət təqibinə xitam verilməsi üçün kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət dekabrın 24-də məhkəməyə daxil olub. Hələlik iş araşdırılması üçün hakim icraatına verilməyib.

Yaxın günlərdə bu iş Ali Məhkəmədə hakim icraatına veriləcək və araşdırma başlanacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024