Mobil versiya
AMEA-nın vitse-prezidentləri bəlli oldu - FOTO
Tarix: 28-12-2019 | Saat: 16:00
Bölmə:Gündəm | çapa göndər

AMEA-nın vitse-prezidentləri bəlli oldu -


Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı keçirilib.



Pravda.az-ın xəbərinə görə, ümumi yığıncaqda Baş Nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil naziri Ceyhun Bayramov və digər hökumət, dövlət və elmi ictimaiyyət nümayəndələri iştirak ediblər.



Akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib. Gündəliyə "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı", AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.



Səsvermə nəticəsində akademik İsa Həbibbəyli AMEA-nın humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İbrahim Quliyev təbiət və dəqiq elmlər üzrə birinci vitse-prezidenti seçiliblər.



Ümumi yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi müəyyən edilib.



Yeni tərkib 11 nəfərdən ibarətdir:



- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev



- Birinci vitse-prezident akademik İsa Həbibbəyli



- Birinci vitse-prezident akademik İbrahim Quliyev



- Vitse-prezident akademik Tofiq Nağıyev



- Vitse-prezident akademik Dilqəm Tağıyev



- Vitse-prezident akademik Nərgiz Paşayeva



- Vitse-prezident akademik İradə Hüseynova



- Vitse-prezident akademik Rasim Əliquliyev



- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov



- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev



- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev



Yeni tərkib səsverməyə qoyulub və təsdiq edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024