Mobil versiya
Həbs olunduğu deyilən Əli Həsənov danışdı: “Avropadayam”
Tarix: 28-12-2019 | Saat: 11:58
Bölmə:Manşet / Gündəm | çapa göndər

Həbs olunduğu deyilən Əli Həsənov danışdı:



Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Oxu.Az-a danışan Ə.Həsənov ölkədən çıxmaq istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı informasiyaları təkzib edib.

Qeyd edək ki, dekabrın 27-də sosial şəbəkələrdə sabiq köməkçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Ə.Həsənov qeyd edib ki, deyilənlər şayiədir:

“Məni niyə saxlamalıdırlar? Nəyə görə? Buna inanırsınız? Mən 25 il bu ölkənin siyasi münasibətlərinin içində olan və aparıcı şəxslərdən biri olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”.

Onun sözlərinə görə, sosial şəbəkədə özü ilə bağlı yazılanları oxuyub və bu şayiələrə inanmamağı məsləhət görüb. Ə.Həsənov qeyd edib ki, bundan əvvəl də Avropa ölkələrindən birində əməliyyat keçirib. Ancaq sabiq siyasi xadim əlavə edib ki, Yeni ilə kimi ölkəyə qayıdacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə