Mobil versiya
Nazirlik həkimləri təcili rayona göndərdi
Tarix: 12-02-2016 | Saat: 09:43
Bölmə:Gündəm / Səhiyyə / Aia TV / Karusel | çapa göndər



Səhiyyə Nazirliyinin ezam olunmuş həkim heyəti Qazaxda vətəndaşları qəbul edir.
Aia.az-in məlumatına görə, Səhiyyə Nazirliyinin rəhbər heyətinin Qazaxa səfəri çərçivəsində qurumun 8 nəfər mütəxəssisindən ibarət həkim heyəti Qazax Müalicə Diaqnostika Mərkəzində yerli mütəxəssislərlə birlikdə vətəndaşların qəbulunu həyata keçirir.

10 fevral tarixindən etibarən Mərkəzdə əhaliyə xidmət edən heyətin tərkibinə ölkənin baş pediatrı Nəsib Quliyev, Topçubaçov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev, baş uroloq İsmət Fiqarov, nevropatoloq və digər mütəxəssislər daxildir.

Qəbulu zamanı zəruri hallarda konsilium təşkil olunur, əlavə müayinə və müalicəyə ehtiyacı olan vətəndaşların qeydiyyatı aparılır.
Həkim heyəti növbəti günlərdə də öz işini davam etdirəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024