Mobil versiya
YAP-ın deputat siyahısında xeyli dəyişiklik var - Siyavuş Novruzov
Tarix: 27-12-2019 | Saat: 17:54
Bölmə:Siyasət | çapa göndər

YAP-ın deputat siyahısında xeyli dəyişiklik var -


Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bunu Trend-ə YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, partiya 123 dairədən namizəd irəli sürüb.

S.Novruzovun sözlərinə görə, partiya iki dairədən - Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib.

İcra katibinin müavini bildirib ki, partiyanın siyahısında xeyli dəyişiklik var, siyahıda gənclər və eyni zamanda qadınlar da çoxluq təşkil edir.

S.Novruzov əlavə edib ki, YAP-ın qərarından kənar hər hansı bir partiya üzvü namizədliyini irəli sürəcəksə, partiya ona etimad göstərməyəcək və o, partiyanın siyasətinə zidd getmiş olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024