Mobil versiya
Sağlam ol! Narkomaniya ilə bağlı seminarların təşkili” adlı növbəti layihə həyata keçirilib
Tarix: 27-12-2019 | Saat: 17:48
Bölmə:Ölkə | çapa göndər

Sağlam ol! Narkomaniya ilə bağlı seminarların təşkili” adlı növbəti layihə həyata keçirilib


“Sağlam Gəncliyə Doğru” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam ol! Narkomaniya ilə bağlı seminarların təşkili” adlı növbəti layihəsini həyata keçirmişdir.

Layihənin məqsədi Azərbaycanda narkomaniyaya meyilliliyin daha da azalması, bu bəlanın yayılmasının qarşısının alınması, gənclərin daha sağlam mühitdə formalaşması, onlarda narkomaniyanın yarada biləcəyi fəsadlar haqqında məlumatların artırılmasından ibarət olmuşdur. Layihə çərçivəsində Bakı şəhərində 220 gəncin iştiraki ilə narkomaniyaya meyilliliyin dahada azaldılmasından, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədən çıxış yolları mövzusunda seminarlar təşkil olunub. Tədbirlərə əsasən, cəmiyyətin həssas qrupu olan gənclər dəvət olunmuşdur.Tədbirlərdə bu bəladan əziyyət çəkmiş, lakin sonradan müalicə olunub normal həyata dönən şəxslərin çıxışları yer almışdır. Onlar narkomaniyanın törətdiyi ağır fəsadları seminar iştirakçılarının nəzərinə çatdırmışlar.

“Sağlam Gəncliyə Doğru” İctimai Birliyi mövzuda artıq 3-cü layihəsini həyata keçirir. Öncəki layihə Azərbaycanın şimal regionunu əhatə etmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024