Mobil versiya
Böhtanın və şərin son həddi
Tarix: 26-12-2019 | Saat: 14:38
Bölmə:Manşet / Təhsil | çapa göndər

Böhtanın və şərin son həddi


Bunlar məhkəmə yolu ilə araşdırılacaq

Son zamanlar bəzi KİV-lər Azərbaycan Dövlət Aqrar Universitetindən, onun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdan gündə-günaşırı böhtan dolu xəbərlər yayır. Hətta onların arasında elələri var ki, heç bir məsuliyyət daşımadan, sonun necə olacağını anlamadan hər gün bu cür böhtan və şantaj dolu xəbərləri səhifəsində yerləşdirir. İş o yerə çatıb ki, aqrar elmdən anlayışı belə olmayan bəzi sayt və portallar rektorun elmi yaradıcılığına belə kölgə salmağa cəhd edir, öz ağıllarının çürük məhsulunu ictimaiyyətə qəbul etdirməyə çalışır, küçə adamları kimi dedi-qodu ilə məşğul olurlar.

İbrahim Cəfərovun müəllifi olduğu “Fitopatologiya” və “Fitoterapiyanın” mənasını belə anlamayan bu cür saytlar guya həmin dərsliklərin rus müəlliflərindən oğurluq olduğunu deyir, və uzun, gərgin illərin zəhməti bahasına başa gələn dərsliklərin üzərinə köıgə salmağa çalışır. Bu doğrudan da böhtanın son həddidir. Sözügedən kitablar uzun illərdir dərslik kimi istifadə edilir və onun səmərəsini anlamaq isə bayaq dediyimiz kimi terminlərin açılışını belə anlamayan sayt rəhbərlərinin və ya müəlliflərinin başına uyğun deyil. Yəni, belə çıxır ki, ən güclü alimlərin görmədiyini, demədiyini taleyindən yarımayan saytlar bilir və deyir?! Bu çox ikrah doğurucu, gülməli deyilmi?! Məlumat üçün bildirək ki, 2013-cü ildə dərslik kimi buraxılan “Fitopatologiya” kitabına ABŞ-ın İllinoyus universitetindən və K.A. Timiryazev adına Rusiya Aqrar Universitetindən də rəylər verilib. Həmin rəylər kitabda müvafiq yerdə öz əksini tapıb.

Bu ağlı dayazlar bir az da qabağa gedərək hətta rektorun namizədlik və doktorluq dissertasiyalarını şübhəyə alır, bu sahədə də böhtandan gen-bol istifadə edirlər.



İbrahim Cəfərov bu gün tək Azərbaycanın deyil MDB məkanının tanınan alimidir və 10-dan çox nüfuzlu aqrar universitetin fəxri doktorudur. O, 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutda tələbəi kimi "Bitki mühafizəsi" fakültəsini “Lenin” təqaüdi ilə bitirib. 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.
Məqsədimiz alimin bütün fəaliyyətini və elmi əsərlərini, dərsliklərini sadalamaq deyil. Sadəcə onu demək istəyirik ki, xidmətləri aqrar elm üçün olduqca dəyərli olan İbrahim Cəfərov həm də Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Sual yaranır; aqrar elmin inkişafında kifayət qədər yeri və nüfuzu olan alimin elmi fəaliyyətinə böhtan atmaq, ona şübhə ilə yanaşmaq nə dərəcədə ədalətlidir? Və ya İbrahim Cəfərovun bircə cümləsinin çəkisində olmayan sayt və portallar nə demək istəyir?

ADAU-nun sözçüsü olaraq deməliyik ki, artıq bu böhtan və şantajların hüquqi müstəvidə araşdırılmasının və elmi dəyərləri ucuzlaşdırmağa cəhd edənlərin məhkəmə qarşısında cavab verməsinin vaxtı çatdı. Və biz ADAU olaraq bu addımı atırıq, çünki buna bizi məcbur etdilər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024