Mobil versiya
“Azpetrol”da dava salan general qohumunun həbsxana şəkilləri yayıldı (FOTO)
Tarix: 11-02-2016, 18:20 | Saat: 15:47:00
Bölmə:Gündəm / Hadisə / Manşet2 / Karusel | çapa göndər

“Azpetrol”da dava salan general qohumunun həbsxana şəkilləri yayıldı (FOTO)


Bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb.

İza Əzizov dostları ilə 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəlib. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas uzadıb. Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla sözləşməyə başlayıblar.

Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş edib ki, əməkdaş pulu xırdalaya bilsin. Nədənsə bu cavab xuliqanları özündən çıxarıb və onlar avtomobildən çıxaraq mühafizəçini müşahidə kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar.

Həmin vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də azğınlaşmış qoluzorlulardan nəsiblərini alıblar. Lakin kütləvi dava xuliqanlara az görünüb və Bentley-nin sürücüsü maşının yanına qayıdaraq, oradan silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından biri silahı onun əlindən almağa müvəffəq olub. Bundan sonra da Bentley-nin sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla mühafizəçi Sadiq Bağirovun başına zərbələr endirib. Hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub.

Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq) cinayət işi qaldırılmışdı. Sonuncu hadisəyə görə isə, Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. (serhed.info)



51 040 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930