Mobil versiya
Gəncədə tədbir keçirdi
Tarix: 01-11-2019 | Saat: 16:35
Bölmə:Ölkə | çapa göndər

Gəncədə tədbir keçirdi

"Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə Noyabrın 1-də Gəncə şəhərində tədbir keçirib. "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı layihə çərçivəsində keçirilən tədbirdə QHT rəhbərləri və region gəncləri iştirak edib. Tədbirdə çıxış edən İctimai Birliyin sədri Etibar Əsəsdov ölkəmizdə sosial sahibkarlıqla bağlı görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahə üzrə ciddi nailiyyətlər əldə olunub. Keçirilən bu tədbir də gənclərin sosial sahibkarlıqla bağlı ciddi maariflənməsinə yönəlib.

O, layihə barəsində geniş məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərin sosial sahibkarlıq sahəsi üzrə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün Gəncə, Şəmkir, Cəlilabad, Masallı, Qusar və Quba rayonlarında tədbirlər keçiriləcək. O, cümlədən layihə çərçivəsində çap olunmuş "Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı kitabça da tədbir iştirakçılarına pulsuz paylanacaq.

Təlimçi Asif Ələsgərli sosial sahibkarlıq və onun yaranması tarixindən danışıb. Bildirib ki, sosial sahibkarlıq ilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülh mükafatı laureatı olan Muhamməd Yunus tərəfindən yaradılıb. Sosial sahibkarlığın təsisçisi olan M.Yunus həmçinin "Gramer Bank”-ın təsisçisidir.

aiaşaz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024