Mobil versiya
Qəssab oğlan sevgilisinə 27 bıçaq zərbəsi vurdu – ŞOK+18 FOTO
Tarix: 11-02-2016 | Saat: 16:20
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Aia.az xəbər verir ki, dəhşətli qətl hadisəsi Erzurumda baş verib.

Hadisə 2015-ci il avqustun 15-də olub. 22 yaşlı Ahmet Yavuz nişanlısı 18 yaşlı Burcu Şengelin evinə gəlib. Daha sonra Burcunu zorla maşına mindirib qaçıtmaq istəyib. Avtomobildən qaçmağı bacaran qız qışqıraraq kömək istəyib. Maşındakı bıçağı götürən oğlan birinci 65 yaşlı qayınatası Salih Şengeli öldürüb. Araya girmək istəyən qızın anası 61 yaşlı Songülü və 58 yaşlı qonşi Hayatı Hıranı yaralayıb. Evə girən Ahmet nişanlısına 27 bıçaq zərbəsi vurub. Daha sonra maşında gözləyən Ömər Yavuzla birlikdə qaçsa da, polis tərəfindən həbs edilib.

Dövlət ittihamçısı Ahmet Yavuza ömürlük həbs cəzası istəyib.

Mərhumun anası isə cəzanın az olduğunu deyib. Həyat yoldaşının və qızının gözünün qarşısında öldürüldüyünü deyən Songül Şengel evini dəyişdirməyə məcbur olduğunu deyib.

"4 ay əvvəl nişanlıydılar. Hadisədən 3 gün əvvəl isə oğlumun toyunda rəqs edirdilər. Qızımı 3 dəqiqə içərisində parçaladı. Gedərkən belə "gəlib hamınızı doğrayacağam" dedi. Ömürlük həbs yox, edam edilsin."

Hadisə ilə bağlı məhkəmə davam edir.Qəssab oğlan sevgilisinə 27 bıçaq zərbəsi vurdu – ŞOK




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024