Mobil versiya
“Digital Youth Hub - 2019” layihəsi başa çatıb
Tarix: 25-12-2019 | Saat: 12:24
Bölmə:Ölkə | çapa göndər

“Digital Youth Hub - 2019” layihəsi başa çatıb



21 dekabr 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində “Digital Youth Hub – 2019” layihəsinin bağlanış və mükafatlandırma mərasimi təşkil olunub. Azərbaycan Respublikası Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən təşkil olunan layihənin yekun tədbirində layihə iştirakçıları, təşkilatçı və tərəfdaş qurumların nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Gənclərin İnkişaf və Karyera Məkəzinin rəhbəri Rəvanə Həşimova layihənin ölkəmizdə rəqəmsal mütəxəssislərin yetişdirilməsinə təkan verəcəyini bildirib. O, layihənin hazırda ən çox tələb olunan sahələrdən birini əhatə etdiyini və gənclərin karyerasını bu sahədə qurmasının vacib olduğunu qeyd edib. Rəvanə Həşimova artıq layihə iştirakçılarının bəzilərinin bu sahədə işə başlamasının əlamətdar hadisə olmasını vurğulayıb.
Layihənin təlimçiləri çıxış edərək əmək bazarında rəqəmsal mütəxəssislərə olan təlabat barəsində danışıblar. Onlar layihə iştirakçıları arasında yüksək potensiala malik gənclərin olduğunu və bu gənclərin gələcəkdə ölkənin aparıcı rəqəmsal mütəxəssislərindən olacaqlarına inandıqlarını bildiriblər.
Daha sonra “Digital Youth Hub – 2019” layihəsinin iştirakçılarının təltifolunma mərasimi həyata keçirilib, onlar tərəfindən hazırlanan komanda işlərinin təqdimatı keçirilib.

Məlumat üçün qeyd edək ki, “Digital Youth Hub” layihəsi gənclərin rəqəmsal bilik və bacarıqlara yiyələnməsi üçün nəzərdə tutulmuş uzunmüddətli təlim və təcrübə proqramıdır. Layihə 2019-cu ilin oktyabr-dekabr aylarını əhatə edib. Layihədə ümumilikdə 50 gənc iştirak edib. Bu müddət ərzində gənclər rəqəmsal marketinq sahəsini əhatə edən və ölkənin aparıcı mütəxəssisləri tərəfindən tədris olunan 14 təlim kursunda iştirak ediblər. İştirakçılar həmçinin bir sıra dövlət və özəl qurumlarda təcrübə proqramında iştirak ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024