Mobil versiya
Baş Nazirin müavini Əli Əhmədov bələdiyyə seçkilərində səs verib
Tarix: 23-12-2019 | Saat: 12:23
Bölmə:Siyasət | çapa göndər

Baş Nazirin müavini Əli Əhmədov bələdiyyə seçkilərində səs verib


Baş Nazirin müavini Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov bələdiyyə seçkilərində səs verib.

Trend-in məlumatına görə, o, 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bununla yanaşı, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da sözügedən məntəqədə səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024