Mobil versiya
Azərbaycanlı teleaparıcı: Sinəmi kiçiltmək istəyirəm
Tarix: 19-12-2019 | Saat: 14:23
Bölmə:Aia TV / Şou-biznes | çapa göndər

Azərbaycanlı teleaparıcı:


Haqqımda xəbər saytlarında “abort” etdiyimi yazdılar. Bu xəbərin heç bir əsası yoxdur. Mən heç hamilə də olmamışam. Anam bu xəbərləri oxuyub, həyəcan keçirib.

Bu sözləri məşhur teleaparıcı Firuzə Cəlilova (Fira) tədbirlərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

Sosial şəbəkələrdə barəsində yayılan “abort” xəbərlərini yalanlayıb, cərrah masasına uzanmasının əsl səbəblərini açıqladı:

“Bu məsələyə nöqtə qoymaq üçün sizin sayt vasitəsi ilə bildirmək istəyirəm ki, xeyli müddət pəhriz saxladım. Ard-arda “liposaksiya” və bədən şəkilləndirmə əməliyyatı keçirmişəm. Belimi incəldib, ombamı böyütdürməmişəm.

Əməliyyatı evdəkilərdən üç gün gizlətdim. Amma bu xəbər sosial şəbəklərdə yayılandan sonra gizlətmək mümkün olmadı. Anam yığıb dedi ki, “Ay qız, sən nə vaxt uşağa qalmısan?” Evdə aləm bir-birinə qarışmışdı. Bir söz işlətmişdim ki, “Evdə iki canavarım var, üçüncüsünə ehtiyac yoxdur”. Yəni iki övladım var, üçüncüsünə gərək yoxdur. Bu sözlərim rezonansa səbəb olmuşdu. Bu sözlərimə görə sosial şəbəkə izləyiciləri tərəfindən qınandım.



Keçirdiyim əməliyyatlardan sonra uşaq dünyaya gətirmək çox çətin məsələdir, həm də təhlükəlidir. Əməliyyatdan öncə cərrahlar soruşdular ki, “Növbəti dəfə ana olmaq fikriniz var?” İstər-istəməz sinə və digər qadın orqanları dəyişir. Bədənimdə olan artıq piylər götürülüb. Yedikcə piylər yenə qayıdır, nəticədə şişib, kökəlirsən.

Məqsədim arıqlayıb, incəlmək idi. İndi arıqlamışam, amma yenə arıqlamaq istəyirəm. Gənclik yaşlarında arıq olmuşam, ikinci dəfə ana olandan sonra 25 kq kökəldim. Beş il televiziyaya ara verib, yenidən qayıdanda özümü nəhəng gördüm.

Bunu özümə bağışlaya bilmədim. Şüurumda o arıq, gənc qızı xatırlayıram. Özümü efirdə görəndə də qıcıqlanıb, kök olmadığımı özüm-özümə deyirəm. Təbii ki, hər şey iştahımdan irəli gəlir. Yeməyi həddən artıq çox sevirəm.

Ona görə də ildə bir dəfə cərrah bıçağı altına uzanıram. Əməliyyatı çox sevirəm. Məni qınasalar da, dayana bilmirəm. Psixoloji cəhətdən çox güclü insanam.



F.Cəlilova yaxın günlərdə yenidən cərrah bıcağı altına girəcəyinin anonsunu verib, sinə əməliyyatı keçirəcəyini bildirdi:

“Sinəmi kiçilmək üçün əməliyyat etdirmək istəyirəm. Bilirəm, evdə bilsələr mənə icazə verməyəcəklər. Amma çox istəyirəm. Bir çox məşhurlar var ki, sinəsi ilə gündəmə gəlmək istəyirlər. Mən isə əksinə. İndiyə kimi heç vaxt sinəsi açıq libaslar geyinməmişəm. Qısa ətək geyinə bilərəm, amma bundan sonra məni çimərlik geyimində görməyəcəksiniz”.

Bir həftə öncə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ictimai əlaqələr və piar üzrə mütəxəssisi vəzifəsinə təyin olunan teleaparıcı bir çox həmkarlarının bu xəbərə sevinmədiklərini söyləyib, televiziya fəaliyyətindən danışdı:

“Televiziyada işləyən bir çox dostlarım sevinsə də, sevinməyənlər də oldu. Onu da deyim ki, AzTV, “Space” TV və ARB TV ilə əməkdaşlıq edirəm. Özümün “production”um var. Onlara keyfiyyətli proqramlar hazırlayıb verirəm.

Düzdür, özüm aparıcılıq etmirəm, amma gənc aparıcılar yetişdirirəm. Əməkdaşlıq etmədiyim kanallar isə “Lider” TV ilə “Xəzər” TV-dir. “Xəzər” TV-də uzun illər çalışmışam. Ora layihə təqdim etməmişəm”.


Fira “Çoxları mənim “Xəzər” TV-dən getməyimi Tolikin ayağına yazırlar. Amma bu belə deyil”, - deyib, qalmaqallı məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxardı:

“Toliklə dalaşmamışdım. Tolik sənə əsəbləşir, hirslənir, atır “qara siyahıya”. Amma nə əcəbsə məni “qara siyahı”ya atmadı. Bir-birimizin qəlbinə dəymişdik. Ad günündə ona təbrik mesajı yazdım.

“Bu təbriklərin arasında sənin təbrikini çox sevdim” cavabını yazmışdı. Ondan sonra bir-iki dəfə onun etdiyi tədbirlərə getmişəm, mənim də tədbirlərimə gəlib. Çoxları mənim “Xəzər” TV-dən getməyimi Tolikin ayağına yazırlar. Amma bu belə deyil. Tolikin o söhbətə aidiyyatı yoxdur”.

Müsahibəsinin sonunda teleaparıcı Firəngiz Cəlilova ailəsini dağıdıb, “İctimai” TV-də çalışan məşhur aparıcı ilə evlənmək istədiyini etiraf etdi:

İTV-də aşiq olduğum özəl bir aparıcı var ki, hətta ona görə ailəmi dağıtmağa belə hazıram. Ailəmi dağıdıb, onunla evlənməyə belə hazıram. Onu xarizmatikliyinə görə sevirəm. Təbii ki, söhbət Dadaş Dadaşlinskidən gedir. Sosial şəbəkə hesablarımda da ona eşqimi elan etmişəm. Dadaş, səni sevirəm. Bu məhəbbət bu sevgi nə ilə bitəcək heç özüm də bilmirəm”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024