Mobil versiya
“Sağlam həyat sağlam gələcək” devizi altında tədbir keçirilib - FOTOLAR
Tarix: 17-12-2019 | Saat: 16:55
Bölmə:Gündəm | çapa göndər

“Sağlam həyat sağlam gələcək” devizi altında tədbir keçirilib


17 dekabr 2019-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində Salyan rayon İcra Hakimiyyəti Başçısı və Azərbaycan Respublikası Gənclər və İdman nazirinin birgə təsdiq etdiyi iş və tədbirlər planına əsasən “Sağlam həyat sağlam gələcək” devizi altında QİÇS, narkomaniya və digər neqativ halların profilaktikası məqsədi ilə mühazirə keçirilmişdir. Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov, Salyan Mərkəzi Rayon Xəstəxanasının həkim-narkoloqu Seymur Sayılov, Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin rəis müvini Adil Ağayev iştirak etmişdir.

İlk Öncə Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov çıxış edərək bildirdi ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Daha sonra çıxış edən Salyan Mərkəzi Rayon Xəstəxanasının həkim-narkoloqu Seymur Sayılov çıxış edərək qeyd etdi ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Bu gün narkomaniya bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına, çevrilən təhlükə mənbəyidir. Narkomaniya eyni zamanda yoluxucu xəstəliklər mənbəyidir və bu HİV virusu, QİÇS, hepatitlər və s. infeksion xəstəliklərə yoluxma şansını artıran bir vasitədir.

Daha sonra tədbirdə çıxış edənlər QİÇS, narkomaniya və digər zərəli vərdişlər haqqında ətraflı çıxış edərək, onlardan qorunma yolları haqqında söhbət açdılar. Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən tədbir iştirakçılarına maarifləndirici broşurlar paylanıldı və tədbirin sonunda videoçarx nümayiş etdirildi.

aia.az














Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024