Mobil versiya
Avropa Çempionatında Salyan idmançıları uğurla çıxış edib - FOTOLAR
Tarix: 17-12-2019 | Saat: 16:53
Bölmə:İdman | çapa göndər

Avropa Çempionatında Salyan idmançıları uğurla çıxış edib



13-15 dekabr 2019-cu il tarixlərdə Bakı şəhəri , Abşeron Olimpiya İdman Kompeksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qocyu-ryu Okinava karate-do və kobudo-kempo üzrə yeniyetmə , gənclər və böyüklər arasında açıq Avropa Çempionatı və birinciliyi keçirilmişdir.

Avropa Çempionatı və birinciliyi, həmçinin Avropa kəməri uğurunda keçirilən döyüşlərdə Salyan komandası təcrübəli məşqçi-müəllim Rahib Quyliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə iştirak etmiş və uğurlu nəticələr qazanmışdır

İrigumi go üzrə

70 kq 17-18 yaş Nəsirov Yasər II yer

65 kq 17-18 yaş Əliyev İmran I yer

-45 kq 13-14 yaş Həşimzadə Dilavər I yer

-75 kq 17-18 yaş Əzizli Orxan I yer

Full-kempo üzrə

+40 kq 11-12 yaş Rüstəmov İsmayıl III yer

-45 kq 13-14 yaş Həşimzadə Dilavər II yer

Avropa Kəməri

-75 kq 17-18 yaş Nəsirov Yasər I yer

65 kq 17-18 yaş Əliyev İmran III yer

-75 kq 17-18 yaş Əzizli Orxan II yer

+90 21-38 yaş Quliyev İlkin III yer

Qazanılan qələbə münasibətilə Salyan rayon Gənclər və İdman İdarəsində qalib idmançılarla görüş keçirilmişdir. Qalib idmançıları təbrik edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirmişdir ki, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin məqsədi Azərbaycanda idmanın kütləviliyini təmin etməkdir. Sevindirici haldır ki, bu istiqamətdə yüksək nəticələr əldə olunub. Azərbaycanın hər bir bölgəsində olduğu kimi Salyanda da idmanın müxtəlif növləri inkişaf edir. Salyan idmançıları istər ölkə daxili , istərsə də beynəlxalq arenalarda yüksək nəticələr qazanıblar Sonda qalib adını qazanmış idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələrlə təltif edildilər.

Qələbə münasibəti ilə İdmanılarımızı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq!

aia.az














Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024