Mobil versiya
“Qarabağ”ın 2019 üçün yekun reytinqi – UEFA açıqladı
Tarix: 17-12-2019 | Saat: 14:19
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ın 2019 üçün yekun reytinqi –


UEFA 2019-cu il üçün klubların yekun reytinq cədvəlini açıqlayıb.

Qol.az xəbər verir ki, qurumun rəsmi saytında yenilənmə Avropa kubokarının qrup mərhələlərinin son turunun oyunlarından sonra aparılıb.

Son beş mövsümün nəticələri əsasında hazırlanan və ümumən 421 komandanın adının olduğu reytinqdə Azərbaycandan ən yaxşı nəticə əvvəlkitək "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 21 min xalla 71-ci yeri tutub. Sıralamada Ağdam klubundan geridə olan Avropa klubları arasında PAOK (Yunanıstan), “Hetafe”, “Espanyol”, “Betis”, “Real Sosyedad”, “Selta” (hamısı İspaniya), “Milan”, “Fiorentina” (hər ikisi İtaliya), “İstanbul Başakşehir" (Türkiyə), “Everton” (İngiltərə) kimi tanınan klublar da var.

Reytinq siyahısına əvvəlkitək “Real” Madrid başçılıq edir (134 min xal). İkinci yeri “Barselona” (123 min xal), üçüncü yeri “Bavariya” (121 min xal) tutur.

Reytinqdə “Qarabağ”la yanaşı Azərbaycanın daha 6 klubu yer alıb. “Qəbələ” 145-ci, “Neftçi” 274-cü, “Səbail” 279-cu, “Keşlə” 281-ci, “Zirə” 282-ci, “Kəpəz” isə 283-cü yeri tutur.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə