Mobil versiya
Bələdiyyə seçkiləri: Daha üç dairədə “ailə bələdiyyəsi” formalaşacaq
Tarix: 13-12-2019 | Saat: 14:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bələdiyyə seçkiləri:

Virtualaz.org-un bir neçə gün bundan əvvəl xəbər verdiyi kimi, Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov qarşıdakı bələdiyyə seçkilərində yaxın qohumları 8 nəfərin namizədliyini irəli sürmüşdü. Lakin tez bir zamanda bəlli oldu ki, bələdiyyə seçkilərində Rafael Cəbrayılov ailə klanı yaradaraq, iştirak etmək qərarına gələn yeganə şəxs deyil. Belə ki, sosial şəbəkə istifadəçiləri eyni mənzərənin ən azı üç seçki dairəsində müşahidə olunduğunu aşkar ediblər.

Məlumatda bildirilir ki, 7 saylı Ordubad seçki dairəsində 19 namizədin hamısı YAP partiyasının üzvüdür və əksəriyyəti də bir-birinə qohumdur. Eyni mənzərə Sabirkənd məntəqəsi üzrə bələdiyyə sədri seçkilərində 13 namizədin əksəriyyətinin Məmmədovlar, Fərəcovlar və Mehbalıyevlər ailəsinin nümayəndələrinin olduğu müşahidə edilib. Vanənd məntəqəsi üzrə namizədlər isə İmanovlar, Bayramovlar və Yahyevlər ailəsinin nümayəndələridir.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024