Mobil versiya
"Qalatasaray" azarkeşlərinə hücum oldu - Türk bayrağı yandırıldı
Tarix: 12-12-2019, 17:54 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

"Qalatasaray" azarkeşlərinə hücum oldu -


Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda Parisdə keçirilən PSJ - "Qalatasaray" oyunu öncəsi qalmaqal yaşanıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, aralarında PKK tərəfdarlarının da olduğu 150-200-ə yaxın üzü maskalı şəxslər qarşılaşmaya getmək üçün Porte de Sen-Klu meydanında toplaşan "Qalatasaray" azarkeşlərinə hücum edib və onların üzərinə məşəl atıb. Həmin şəxslərdən bəzisi PKK bayrağını açıb, türk bayrağını isə yandırıblar.

Bundan sonra "Qalatasaray" azarkeşləri onlara cavab verib. Fransa polisinin gec müdaxiləsi səbəbindən dava daha da böyüyüb. Dava zamanı yaralıların olduğu vurğulanıb. Ara sakitləşdikdən sonra "Cim-bom"lu azarkeşlər polislərin müşayiəti ilə stadiona gediblər.

Qeyd edək ki, PSJ - "Qalatasaray" görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.


aia.az



5105 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-01-2020
24-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}