Mobil versiya
Bakıda dəhşətli qətl – Babası 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsdi
Tarix: 09-02-2016 | Saat: 11:28
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Bakıda dəhşətli qətl – Babası 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsdi
16 yaşlı gənc babası tərəfindən amansızlıqla qətlə yetirilib.

Aia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2000-ci il təvəllüdlü Bayramov Tural Mübariz oğlu Bakıda qətlə yetirilsə də o, Ağdam rayonunun Çəmənli kəndində dəfn olunub.

T.Bayramovun ölümündə babası Rafiq Bayramov şübhəli bilinib və saxlanılıb. Hazırda Çəmənli kənd məzarlığında Tibbi Ekspertiza qrupu meyitə baxış keçirir.

T. Bayramovun amansızlıqla qətlə yetirildiyi, qulağının, burnunun, dodağının və cinsiyyət orqanının kəsildiyi deyilir. Hazırda təqsirləndirilən şəxs Ağdam rayon Polis Şöbəsində Binəqədi rayon Prokurorluğunun əməkdaşları tərəfindən dindirilir.

Cinayətin baş vermə səbəbləri araşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024