Mobil versiya
Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir
Tarix: 05-12-2019 | Saat: 10:56
Bölmə:Təhsil | çapa göndər

Məleykə Abbaszadə:


Kompetensiya (səriştə) əsasında qiymətləndirmənin tətbiqi dövlət qulluğunda seçimi və qiymətləndirməni daha da gücləndirir, nəticə etibarı ilə idarəetmənin şəffaflığını və səmərəliyini təmin edir.

Trend-in məlumatına görə, bunu “Dövlət idarəçiliyində səriştə modeli: “Çətinliklər və həll yolları” mövzusunda seminarda Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət idarəetmə sistemində start verilmiş struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir. Bu, öz növbəsində 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyasında (2019-2025-ci illər)” öz təsdiqini tapıb. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, xidməti fəaliyyətin qiymətləndirilməsini və s. nəzərdə tutur.

M.Abbaszadə deyib ki, insan kapitalının səmərəli istifadə olunması, əməkdaşların potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir: "Prezident İlham Əliyev hələ 2003-cü ildə Cenevrə şəhərində “İnformasiya cəmiyyəti” mövzusunda keçirilən beynəlxalq Sammitdə səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək” devizinə uyğun olaraq aparılan siyasət bu gün dövlət qulluğunda da tətbiq edilir. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış gənclərimiz dövlət qulluğuna müsabiqədən kənar qəbul edilir, onların bilik və bacarıqlarından dövlət qulluğunda istifadə edilir".

DİM Direktorlar Şurasının sədri bildirib ki, müasir dövrdə bacarıq və kvalifikasiya anlayışları kompetensiyaların (səriştələrin) qiymətləndirilməsi konsepsiyası ilə əvəzlənir: "Şərq Tərəfdaşlığı çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi mövcud problemləri, çağırışları, dövlət qulluğu sahəsində region ölkələrinin müsbət təcrübəsini öyrənməyə, eləcə də kompetensiya modelinin Azərbaycanda uğurlu tətbiqi üçün mümkün həll yollarının birgə müzakirəsinə imkan yaradır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024