Mobil versiya
Kürdəmir – iqtisadi inkişaf və vətəndaş məmnunluğu əsas meyarlardır
Tarix: 04-12-2019 | Saat: 17:24
Bölmə:Manşet / Ölkə | çapa göndər

Kürdəmir – iqtisadi inkişaf və vətəndaş məmnunluğu əsas meyarlardır


Rayon iqtisadiyyatının əsasını təşkil edən sahələrdə bu il də yüksək nəticələr əldə olunub

Bu gün Azərbaycanın rayon və bölgələri iqtisadi göstəricilərin artımında, görülən abadlıq-quruculuq işlərinin vüsətində və əhatəliliyində, insanların rifah halının yüksəlişində sanki biri-biriləri ilə bəhsə giriblər. Regionların iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə təmin olunan möhkəm zəmin və əlverişli şərait, Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəni şəxsən özünün diqqət mərkəzində saxlaması yerli sakinləri daha da ruhlandırır, stimullaşdırır və onların daha böyük əzmkarlıqla çalışmalarına səbəb olur. O cümlədən, hazırda Kürdəmir rayonunda gedən mütərəqqi proseslər, müşahidə olunan davamlı və dinamik inkişaf bu dediklərimizin bariz nümunəsidir. Təsadüfi deyildir ki, bu rayonda indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm yerli ictimaiyyət, həm də ölkə rəhbərliyi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Əminliklə demək olar ki, Kürdəmirin iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə artması ilk növbədə Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasına son dərəcə böyük məsuliyyətlə yanaşması və həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur.



Kürdəmir pambıqçıları rayon tarixində rekord məhsuldarlığa nail olublar

Kürdəmirdə pambıq yığımında hər hektardan məhsul istehsalı 22.5 sentnerə çatıb ki, bu da rayon tarixində ən yüksək göstəricidir. Rayon icra hakimiyyətindən mətbuata verilən açıqlamada bildirilib ki, cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib və ötən ayın əvvəllərinə qədər plantasiyalardan 6320 ton məhsul götürülüb. Rayonun əksər ərazilərində, xüsusilə Ərəbqubalı, Şilyan, Qarasu, Muradxan, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir.



Rayonun Qarasu, Şilyan, Ərəbqubalı, Carlı, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” toplanışında daha yüksək nəticələrə nail olunub. Bu il bölgənin Şilyan massivində yeni yaradılan “SM Aqro” MMC-yə məxsus pambıq sahələrində hər hektarın məhsuldarlığı 28,2 sentnerə çatıb.

Sahibkarların istixana təsərrüfatlarına maraqları artır



Cari ildə Kürdəmirdə istixana təsərrüfatlarında məhsul istehsalı 3,6 dəfə artıb. Təqdim olunan məlumatlara görə, Kürdəmir rayonunda hazırda 12,8 hektarda istixana təsərrüfatı fəaliyyət göstərir, bu təsərrüfatlarda əsasən pomidor və xiyar yetişdirilir. Rayon statistika idarəsindən mətbuata verilən açıqlamalarda bildirilib ki, cari ilin 9 ayında istixana təsərrüfatlarında 1458 ton məhsul istehsal olunub, bu göstərici də ötən ilin müvafiq dövründəkindən 3,6 dəfə çoxdur.

Qeyd edək ki, Kürdəmirdə istər sahibkarların, istərsə də ailə-fermer təsərrüfatlarının istixana təsərrüfatlarına marağı heç də az deyil. Bu da təbii ki, yaxşı gəlirlə əlaqədardır. Yetişdirilən məhsulların daha çox hissəsi xarici ölkələrə, əsasən də Rusiya və Ukrayna bazarlarına göndərilir. Rayonun Mollakənd ərazi dairəsində fəaliyyət göstərən “Geotermal Agro”, eləcə də “Aqrotexnoser” MMC-lər ötən il olduğu kimi cari ildə də istixanalardan bol məhsul əldə edib.

Qəbul-görüşlər yüksək effektivliyi ilə diqqəti cəlb edir




Artıq qeyd etdiyimiz kimi, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun fəaliyyətində üstünlük təşkil edən əsas prinsiplərdən biri də məhz vətəndaş məmnunluğudur. Bu gün Kürdəmirdə müşahidə olunan inkişaf ilk növbədə RİH rəhbərliyinin rayon əhalisi ilə birgə səyləri nəticəsində əldə olunub. Bu birliyə nail olmaq üçün isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov əhali ilə mütəmadi olaraq keçirdiyi görüşlərdə vətəndaşları narahat edən problemlərin həlli məsələsinə xüsusi önəm verir. Məhz bu səbəbdən də rayonun rəhbərliyi tərəfindən mütəmadi olaraq təşkil olunan səyyar qəbul-görüşlər effektivliyi ilə hər zaman diqqəti cəlb edir. İstər Rayon İcra Hakimiyyətinin inzibati binasında, istərsə də rayonun qəsəbə və kəndlərində hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin də iştirakı ilə mütəmadi olaraq keçirilən belə görüşlərdə sakinlər onları narahat edən ən müxtəlif məsələləri rəhbərliyin diqqətinə çatdırır, öz növbəsində rəhbərlik tərəfindən isə həmin problemlərin həlli istiqamətində operativ addımlar atılır. O cümlədən noyabr ayı ərzində də Ceyhun Cəfərov tərəfindən dörd belə səyyar qəbul-görüş keçirilmişdir. Rayonun Yenikənd, Böyük Kəngərli, Şilyan və Cəyli kəndlərində təşkil olunan bu görüşlərdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və yerli sakinlər iştirak ediblər. Bütün görüşlərdə şəxsən iştirak edən Ceyhun Cəfərov öz çıxışlarında bu cür tədbirlərin ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq yerlərdə davam etdirildiyini diqqətə çatdırıb.
Bütün qəbul-görüşlərdə əsasən yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib. Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə onların icrası ilə bağlı vətəndaşlara qanunauyğun izahat verilib, həmçinin aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Vurğulamaq lazımdır ki, bu görüşlərdən hər biri, insanların sosial-məişət problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Kürdəmir RİH-nin başçısı Ceyhun Cəfərov da qarşıda duran vəzifələri uğurla həyata keçirmək üçün, ilk növbədə sadə vətəndaşların mövcud problemlərilə maraqlanmağın, onların həllinə çalışmağın və məhz bu yolla da rayonda əhali ilə icra strukturları arasında qarşılıqlı hörmət və etimad əsasında qurulmuş birliyə nail olmağın zəruriliyini çox gözəl bilir və bu kimi məsələləri hər zaman xüsusi diqqət mərkəzində saxlayır.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024