Mobil versiya
Azərbaycanlı teleaparıcı haqqında araşdırma - 8 milyardlıq təyyarə, yaxta...
Tarix: 2-12-2019, 15:57 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı | çapa göndər

Azərbaycanlı teleaparıcı haqqında araşdırma -


Kreml azərbaycanlı teleaparıcı Nailə Əsgərzadə ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun apardığı araşdırma haqqında məlumatlı deyil və bunu şərh edə bilməz.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim bu istintaq barədə məlumatımız yoxdur. Buna görə də hər hansı açıqlama verə bilmərik ", - deyə Peskov vurğulayıb.
Bundan əvvəl, Korrupsiyaya qarşı Mübarizə Fondu aparıcıya VTB Bankın rəhbəri Andrey Kostin tərəfindən hədiyyə edildiyi iddia olunan təyyarə və yaxta ilə bağlı material yayımlayıb.

Xatırladaq ki, “Rossiya1” televiziya kanalının aparıcısı Nailə Əsgərzadənin Bombardier Global 6000 təyyarəsi və 62 metrlik yaxtadan istifadə etdiyi iddia olunur. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasında deyilir. Araşdırmanın müəllifləri bunun jurnalistin VTB dövlət Bankının prezidenti ilə yaxın münasibətləri nəticəsində mümkün olduğunu hesab edirlər.

Təyyarə və yaxtanın dəyəri 8 milyard rubl təşkil edir.


aia.az



5131 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

10-12-2019
09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031